Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları açıqlanıb.
Banker.az xəbər verir ki, bu barədə ARDNF-nin 2021-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.
2021-ci ilin dekabrında ARDNF-nin vəsaitlərinin həcmi 45 mlrd. 025 mln. ABŞ dolları dəyərində olub. Bu son ayda 300 mln. dollar, yaxud 0.7% artım, illik müqayisədə isə 1.46 mlrd. dollar, yaxud 3.4% artım deməkdir.