7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın dövlət xəzinəsi fond bazarından ₼800 mln. borc alıb – Borc faizləri də yüksəlib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xətti ilə dövlət xəzinəsi fond bazarında 2023-cü ilin ilk 5 ayında öncəki ildən daha çox borclanıb.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki,  2023-cü ilin yanvar-may ayları ərzində dövlətin 801.58 mln. manat həcmində istiqrazları buraxılıb və bu 2022-ci ilin analoji dövründən 259.82 mln. manat və ya 48% çoxdur.

Dövlət istiqrazlarının orta günlük həcmi 8.53 mln. manat təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin mayına qədər dövlət istiqrazları üzrə gəlirlilik 1 illik üçün 3% üzərindən 6.44%-ə və 5 illik isə 6%-dən 8.7%-ə qədər yüksəlib.

Uzunmüddətli – 7 illik dövlət istiqrazları son bir ildə emissiya edilməyib.

Son xəbərlər
Digər xəbərlər