13 C
Baku
Thursday, May 9, 2024

Azərbaycanın duru yağa çəkdiyi xərc artıb

Azərbaycana 2022-ci ilin yanvar-mart dövründə 26 milyon 911 min dollar dəyərində 4 min 967 ton kərə yağı idxal edilib. Azərbaycana 2021-ci ilin yanvar-mart dövründə 20 milyon 82 min dollar dəyərində 4 min 158 ton kərə yağı idxal edilmişdi. 2022-ci ilin 3 ayında 1 ton kərə yağının idxalına orta hesabla 5417 dollar xərclənib (ötən ilin eyni dövründə 4830 dollar).0

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Kərə yağının idxalı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2021-ci ilin yanvar-mart aylarında dəyər ifadəsində 6 milyon 829 min dollar və ya 34%, miqdar ifadəsində isə 809 ton və ya 20% artıb.

Azərbaycana 2022-ci ilin 3 ayında 63 milyon 101 min dollar dəyərində 40 min 538 ton bitki yağları idxal edilib. Azərbaycana ötən ilin 3 ayında isə 62 milyon 857 min dollar dəyərində 47 min 995 ton bitki yağları idxal edilmişdi. Bu ilin yanvar-martında 1 ton bitki yağlarının idxalına orta heabla 1557 dollar xərclənib (ötən ilin eyni dövründə 1410 dollar).

Bitki yağlarının idxalı illik müqayisədə dəyər ifadəsində 0.4% artıb, miqdar ifadəsində 15.5% azalıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər