10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın EBRD-yə ödəmələri 18 mln. avro azalıb

2017-ci ilin noyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 43 mln. avro və yaxud 1,5% azalaraq dekabrın 1-nə 2,832 mlrd. avro təşkil edib.

Verilmiş borclarda özəl sektorun payında dəyişiklik olmayıb və əvvəlki ay olduğu kimi 32% olaraq qalıb.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayında da heç bir dəyişiklik olmayıb və oktyabrda olduğu kimi 163 olub.

Oktyabrda Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 18 mln. avro və yaxud 0,96% azalaraq 1,860 mlrd. avroya çatıb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 12 mln. avro və yaxud 2,02% kiçilərək 581 mln. avro olub.

Report bildirir ki, hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 34 mln. avro, yaxud 2,78% azalaraq 1 191 mln. avroya bərabər olub.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində isə heç bir dəyişiklik olmayıb. Belə ki, bu layihələrin sayı əvvəlki aydakı kimi 50 olub.

Bankın Azərbaycandakı portfelində səhm payında da eyni performans qeydə alınıb. Belə ki, 2017-ci ilin oktyabrında olduğu kimi bu göstərici 2% olub.

EBRD-nin cari portfelinin 62%-i, yaxud 734 mln. avroluq hissəsi enerji, 29%-i, yaxud 348 mln. avroluq hissəsi infrastruktur, 5%-i, yaxud 61 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 48 mln. avroluq, yaxud 4%-lik hissəsi isə maliyyə institutlaşması üçün ayrılıb.

Beləliklə, cari investisiya portfelində sektorların payı dəyişməyib.

Son xəbərlər
Digər xəbərlər