2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2025-ci ildə Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.
Xatırladaq ki , ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.






