2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684.1 min barrel olub. Bunun 566.3 min barrelini xam neft, 117.8 min barrelini isə kondensat təşkil edib.
Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olması nəzərdə tutulurdu.