15 C
Baku
Friday, April 26, 2024

Azərbaycanın hərbi gəmiləri Rusiyada keçiriləcək paradda iştirak edəcək

“Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Rusiya Hərbi Dəniz Donanması (HDD) Gününə həsr olunan  paradda iştirak etmək üçün Kaspiysk Limanına gəlib”.

Bu barədə Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti məlumat yayıb.

“Gəmi ekipajlarının paradda iştirakı Rusiya hərbi dənizçilərinin Azərbaycan və İrandan olan dənizçilər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcək”, – məlumatda deyilir.

Bildirilir ki, bayram tədbirlərində Xəzər flotiliyasının 40-dək gəmisi, qayığı və təminat gəmisi, 20-dən çox hərbi və xüsusi texnika, 500-dək hərbçi iştirak edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər