2021-ci ilin birinci rübündə Azərbaycan Respublikasının dövlət icmal büdcənin gəlirləri 6 968.8 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, Maliyyə Nazirliyinin 2021-ci ilin 1-ci rübündə Azərbaycan Respublikası dövlət büdcəsininicrasına (operativ) dair məlumatında qeyd edilir.
Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 458.6 mln. manat və ya 26.5 faiz çoxdur.
İcmal büdcənin xərcləri isə 5 921.3 mln. manat icra olunmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 204.4 mln. manat və ya 3.6 faiz çoxdur.
İcmal büdcədə 1 047.5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcə – dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi.