19 C
Baku
Friday, May 3, 2024

Azərbaycanın internetin sürətinə görə dünyadakı yeri açıqlandı – Sürəti artırıb, 3 pillə irəliləmişik

Bu ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 140 ölkə arasında 32.46 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb.

Banker.az bu barədə “Speedtest Global Index”in məlumatına əsasən xəbər verir ki, Azərbaycan fevral ayına nisbətən 3 pillə irəliləyib. Mobil internetin orta sürəti 39.46 MB/S olub ki, bu, əvvəlki ayın göstəricisindən 7.23 MB/S çoxdur.

Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 178.25 MB/S), sonuncu yeri isə Kuba (140-cı yer, 3.44 MB/S) tutub.

Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 1 pillə geriləməkdir. Martda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27.84 MB/S olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər