Azərbaycanda daha bir şirkət “PMD Group”a qoşulur.
Banker.az xəbər verir ki, “Gumush Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulduğunu və “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gumush Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Xatırladaq ki, 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.
Onu da qeyd edək ki, bu il Azərbaycanda fəaliyyət göstərən üç şirkət — “Riqal” MMC, “Təbriz Evləri” MMC, “Prime Estates” MMC-nin fəaliyyətinə xitam verilərək “PMD Group” MMC-yə qoşulub.
“PMD Group” “PAŞA Holdinq” MMC-nin törəmə strukturudur.