10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın İsraildəki səfirliyi müharibə şəraitində işləyən diplomatik nümayəndəliklər siyahısına daxil edilib

Azərbaycanın İsraildəki səfirliyi müharibə şəraitində işləyən diplomatik nümayəndəliklər siyahısına daxil edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilib.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında dövlət məvacibinin, aylıq əlavənin və digər təminatlarla bağlı ödənişlərin həyata keçirildiyi valyutaların növləri”nin cədvəlinə Slovakiya Respublikası, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsallar”ın cədvəlinə Bratislava şəhəri, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı”nın cədvəlinə isə İsrail Dövləti əlavə edilib.

Son xəbərlər
Digər xəbərlər