2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın kənd təsərrüfatı iqtisadiyyatı böyüdü

Azərbaycanın kənd təsərrüfatı iqtisadiyyatı 2021-ci ilin ilk 4 ayı ərzində 2.3% böyüyüb.

Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının həcmi 1 milyard 447.4 milyon manat olmuşdur.

Bunun da 104 milyon manatı bitkiçilik, 1 milyard 343.4 milyon manatı isə heyvandarlıqdan gələn gəlirlər təşkil edib. Məlumat üçün bildirək ki, bitkiçilik üzrə məhsul istehsalı əsasən yaz-yay-payız aylarında daha çox təşkil edir.

Bununla belə ölkənin bitkiçilik məhsulları istehsalı 2.6%, heyvandarlıq isə 2.3% illik müqayisədə artıb.

Son xəbərlər
Digər xəbərlər