15 C
Baku
Sunday, May 5, 2024

Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının əmtəə nomenklaturası 25 vahid artıb

Son 5 ildə Azərbaycanda kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası 307-dən 332-yə yüksəlib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“2018-2022-ci illər ərzində sənaye məhsulları ixracının əmtəə nomenklaturası 884-dən 1 204-ə, kənd təsərrüfatı istehsalı və emalı məhsulları ixracının əmtəə nomenklaturası isə 307-dən 332-yə yüksəlib. Bu göstərici qeyri neft-qaz sahəsində ixrac edilən məhsulların müxtəlifliyinin artmasını və ixrac potensialının genişləndirilməsini ifadə edir”, – nazir qeyd edib.

be3bef4a 3d5a 3cbf a962 f5713be97e51

Son xəbərlər
 ⁠
Digər xəbərlər