1 yanvar 2015-ci il tarixində Azərbaycanda kredit qoyuluşu 18 017.4 mln manat təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son bir ay ərzində kredit qoyuluşu 390.7 mln manat və yaxud 2% artıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə kredit qoyuluşunda 3 027.6 mln manat və yaxud 20% artım qeydə alınıb.