Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edilib

Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.

Bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər