10 C
Baku
Monday, November 18, 2024

Azərbaycanın maliyyə sektoru bu il 6% böyüyüb

Azərbaycanın maliyyə sektorunun aktivləri bu il 5.7 % artaraq 55.6 milyard manata çatıb.

Bunun 74.4 %-i banklarda cəmləşib ki, bu da ilin əvvəli ilə müqayisədə 1.3 faiz bəndi çoxdur.

Hesabat dövründə bank olmayan kredit təşkilatlarının (BOKT) payı 1.4 faiz bəndi azalaraq 22.8 %-ə düşüb, sığorta şirkətlərinin isə 0.1 faiz bəndi artaraq 22.6 %-ə çatıb, investisiya şirkətlərinin payı isə dəyişməyərək 0.2 % qalıb.

BOKT-ların aktivlərdəki payının yüksək olması “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin “Aqrarkredit” QSC BOKT-a ötürülməsi ilə bağlıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər