27 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanın maliyyə və bank sektorunda yeni standartlar tətbiq olunacaq

“Bizim növbəti məqsədimiz İSO2002 standartlarının qəbuludur”.

Bunu bu gün Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova “Maliyyə və Texnologiyalar Samiti”ndə (“Fintex Summit”) “Dövət Proqramı – rəqəmsallaşmaya gedən yol”  mövzusunda çıxışında bildirib.

 K. Qurbanova deyib ki, Mərkəzi Bank hələ bununla bağlı bank sektoru ilə işlərə başlamayıb: “Bu standartlar da artıq bu günün tələbidir. Bu standartların əsas məqsədi maliyyə sektorunda mübadilə dilini standartlaşdırmaqdır. Yəni rəqəmsal ödənişlərin inkişaf etdiyi bir mühitdə son istifadəçilər arasında tam ödəniş zəncirinin avtomatlaşdırılması, ödənişlərdə avtomatik emal əmsalının yüksək olması çox zəruri bir şərtdir. Bu standartların ölkə miqyasında tətbiqi bu imkanı yaradacaq”.

Mərkəzi Bankın departament direktoru qeyd edib ki, hazırda Mərkəzi Bank bu standartları qəbul etmiş ölkələrin təcrübələri öyrənilir, beynəlxalq ekspertlərlə danışıqlar aparılır: “Yəqin ki, biz banklarla birgjə bu standartlara keçid planı hazırlayacağıq. Bu standartlara eçid 1, 2 ilin işi deyil, bəlkə də 3-4 il çəkəcək layihədir. Ancaq ümid edirəm ki, biz bu layihəni də maliyyə sektorunda uğurla başa çatdıracağıq”.

©Ona

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər