2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın mineral su istehsalçısının yeni yaratdığı şirkət ləğv edilir

Badamlı Zavod-Anbar MMC ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ7000 Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 34, mənzil 2 ünvanına bildirə bilərlər.

Banker.az xəbər verir ki, “Badamlı Mineral Sular” MMC “Badamlı Zavod-Anbar” MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunur.

“Badamlı Mineral Sular” MMC “Badamlı Zavod-Anbar” MMC-nin hüquq və öhdəlikləri üzrə hüquqi varisidir.

Qeyd edək ki, “Badamlı Zavod-Anbar” MMC bu ilin may ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 24 035 manatdır və qanuni təmsilçisi  Axundov Simral Fərəc oğludur.

Xatırladaq ki, “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti “Modern” Şirkətlər Qrupuna daxil olan “Mineral Sular” MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb.

Son xəbərlər
Digər xəbərlər