Dağıstanda “Xəzər vərəqə şüşə zavodu” Səhmdar Cəmiyyətinin baş direktou İqor Kremer və onun müavini Anvar Faxrutdinov saxlanılıb.
Banker.az yerli xəbər portalına* istinadla xəbər verir ki, İqor Kremer sentyabrın 27-də Bakıda keçirilən Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edən Rusiya nümayəndə heyətinin tərkibində yer alıb.
Forum çərçivəsində İqor Kremer Azərbaycanın “Glass House” MMC şirkəti ilə 2019-cu ildə “Xəzər vərəqə şüşə zavodu” Səhmdar Cəmiyyəti arasında beş milyon dollarlıq şüşə təchizatına dair müqaviləyə imza atıb.
Müqaviləni Azərbaycan tərəfdən “Glass House” şirkətinin rəhbəri Bəxtiyar Bəşirov imzalayıb. Bu, Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində əldə olunan ən iri sövdələşmələrdən biri olub. Razılaşma bir neçə gün əvvəl Bakıda baş tutub və şüşə təchizatına dair 5 milyon dollarlıq müqavilə imzalamışdı.
Saxlanılan şəxslər külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinirlər.
“Xəzər şüşə zavodu” Rusiyanın cənubunda şüşə istehsalı ilə məşğul olan nəhəng müəssisə hesab olunur.
©Oxu.az