15 C
Baku
Thursday, May 16, 2024

Azərbaycanın ötən il peyklərindən əldə etdiyi gəlir açıqlandı

2021-ci ilin yanvar-dekabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 45,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2021-ci ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 28 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 11,4 milyon ABŞ dolları ilə Fransa, 10,4 milyon ABŞ dolları ilə ABŞ, 9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6,9 milyon ABŞ dolları ilə Malayziya və 1,9 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər