16 C
Baku
Thursday, April 18, 2024

Azərbaycanın özəl banklarının kredit qoyuluşunda payı azaldı

2021-ci ilin oktaybr ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 mlrd 957 mln manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə isə kredit qoyuluşu 14 mlrd 874 mln manat olub ki, bu da illik müqayisədə kredit qoyuluşunun 7.3% çoxdur.

Kredit qoyuluşunun 12 mlrd 561 mln manatı və yaxud 78.7%-i özəl bankların payına düşüb. Özəl bankların kredit qoyuluşdakı payı isə 78.9%-dən 78.7%-ə düşüb.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 978 mln manat təşkil edib. Bu isə 2021-ci ilin avqust ayına nisbətən 2.7% çoxdur. Dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 18.6%-dən 18.7%-ə çatıb.

Son xəbərlər
Digər xəbərlər