12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın özəl banklarının kredit qoyuluşunda payı azalıb

2021-ci ilin aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 728 mln manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə isə kredit qoyuluşu 15 mlrd 637 mln manat olub ki, bu da illik müqayisədə kredit qoyuluşunun 6% azdır.

Kredit qoyuluşunun 11 mlrd 527 mln manatı və yaxud 79.3%-i özəl bankların payına düşüb. Özəl bankların kredit qoyuluşdakı payı isə 80.7%-dən 79.3%-ə enib.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 826 mln manat təşkil edib. Bu isə 2020-ci ilin mart ayına nisbətən 8.4% çoxdur. Dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16.7%-dən 18.3%-ə qalxıb.

Son xəbərlər
Digər xəbərlər