10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın özəl banklarının kredit qoyuluşunda payı azalmaqdadır

2020-ci ilin oktyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 786 mln manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə isə kredit qoyuluşu 14 mlrd 445.8 mln manat olub ki, bu da illik müqayisədə kredit qoyuluşunun 2.4% çoxdur.

Kredit qoyuluşunun 11 mlrd 742 mln manatı və yaxud 79.4%-i özəl bankların payına düşüb ki, bu ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur. Özəl bankların kredit qoyuluşdakı payı isə 80.6%-dən 79.4%-ə enib. Sentyabr ayında isə özəl bankların kredit qoyuluşundakı payı 79.7% olub.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 668 mln manat təşkil edib. Bu isə 2019-cu ilin oktyabr ayına nisbətən 10% çoxdur. Dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16.8%-dən 18%-ə qalxıb.

Son xəbərlər
Digər xəbərlər