6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın pul bazası kəskin azalıb

1 Aprel tarixində Azərbaycanda pul bazası 7 870,2 mln manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə pul bazası bir ay ərzində 1 049 mln manat və yaxud 11.7% azalıb.

Cari ilin birinci rübündə isə pul bazası 2 890.1 mln manat və yaxud 26.8% azalıb ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.

Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişikliklər müşahidə olunub. Belə ki, sərbəst bank ehtiyatları bir ay ərzində 15% artaraq, 798.2 mln manat, məcburi ehtiyatlar isə 105.4 mln manat yəni 63.6% azalaraq, 60.1 mln manat təşkil edib.

O cümlədən dövriyyədə olan nağd pullar da ciddi azalma qeydə alınıb. Belə ki, son bir ay ərzində dövriyyədə olan nağd pullar 1 046.6 mln manat və yaxud 13% azalaraq, 7 008.9 mln manat, bank ehtiyatları isə 1.1 mln manat azalaraq 858,3 mln manat təşkil edib.
Həmçinin dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti də azalaraq 89.1%-ə bərabər olub.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Son xəbərlər
Digər xəbərlər