15 C
Baku
Monday, May 6, 2024

“Azərbaycanın qeyri-neft ixracı bu il 3.4-3.5 milyard dollara çatdırıla bilər”

Azərbaycanda 2023-ci ildə qeyri-neft məhsullarının ixracı 3.4-3.5 milyard ABŞ dolları səviyyəsində gözlənilir.

Bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ildə bu göstərici 12.3 % artaraq, ilk dəfə Azərbaycan tarixində 3 milyard ABŞ dolları ötüb.

Y. Abdullayev qeyd edib ki, qeyri-neft ixracı 2021-ci ildə 2 milyard 713 milyon ABŞ dolları, 2022-ci ildə isə 3 milyard 48 milyon ABŞ dolları səviyyəsində olub:

“2023-cü ilin yanvar ayında qeyri-neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 22.6 % artaraq 285 milyon ABŞ dollara yaxınlaşıb. İxrac bu dinamika ilə davam etsə bu il biz bu rəqmin 3.4-3.5 milyard ABŞ dollara çatdırılması üçün əlimizdən gələni edəcəyik”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər