2021-ci ilin fevral ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Türkiyəyə (54.1milyon ABŞ dolları), Rusiyaya (42.7 milyon ABŞ dolları), İsveçrəyə (25.1 milyon ABŞ dolları), Gürcüstana (22 milyon ABŞ dolları) və ABŞ-a (9.7 milyon ABŞ dolları) ixrac edilib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında bildirilir.
Ötən ilin yanvar-fevral ayında isə qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi Türkiyə (106.9 milyon ABŞ dolları), Rusiya (85.5 milyon ABŞ dolları), İsveçrə (35.2 milyon ABŞ dolları), Gürcüstan (28.3 milyon ABŞ dolları), ABŞ-dır. (13.2 milyon ABŞ dolları)