15 C
Baku
Friday, April 26, 2024

“Azərbaycanın qeyri-neft sektoruna BƏƏ və körfəz ölkələri maraq göstərir”

Azərbaycan və Qazaxıstan xarici investorları cəlb etmək və cari aşağı neft qiymətləri şəraitində gəlirlərini artırmaq üçün yeni yollar axtarır. Bunu Dubayda keçirilən birinci MDB Biznes Forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, neft qiymətlərinin ucuzlaşması Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün imkanlar yaradır və qeyri-neft serktoruna xarici investisiyaların cəlb edilməsinə töhfə verir: “Əsasən də investorlar BƏƏ və Körfəz Əməkdaşlıq Şurasına (GCC) daxil olan ölkələrdən gəlir. İqtisadiyyatın diversifikasiyası 2016-cı ildə qarşıya qoyduğumuz ən əsas məqsədlərdən biridir. Bu, uzun prosesdir, lakin bu istiqamətdə müəyyən nailiyyətlər əldə etmişik. Hazırda Azərbaycanda ÜDM-ın 71%-i qeyri-neft sektrorunun payına düşür”.

Nazir müavini deyib ki, Avropadan gələn yüklərin Azərbaycan üzərindən Çinə daşınması ölkəyə müəyyən imkanlar qazandıracaq. S.Babayev həmçinin əlavə edib ki, bu, kənd təsərrüfatı, qida sənayesi, maşınqayırma və turizmin inkişafına da müsbət təsir edəcək.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər