Azərbaycanın rəqabətliliyə davamlılığının artırılması proqnozlaşdırılır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Milli Metrologiya Forum”unda deyib.
Onun sözlərinə görə, Azərbaycanda uzunmüddətli islahatlar aparılır: “Bu islahatların tərkib hissəsi kimi ölkəmizin rəqabət qabiliyyətinin artacağını gözləyirik. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i proqramında da ölkəmizdə rəqabətin təmin edilməsi əks olunub”.