14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın sənaye zonalarında 41 milyon manatlıq avtomobil satılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir.

İZİA-dan  bildirilib ki, cari ilin I yarımilində Hacıqabul Sənaye Parkında 38 milyon manatlıq 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manatlıq 203 ədəd avtomobil satışı həyata keçirilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 20 faiz artım deməkdir.

Sənaye zonalarında sözügedən dövr ərzində “Chevrolet”, “Isuzu”, VGV, UAZ, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.

Son xəbərlər
Digər xəbərlər