“Cəlilabad Şərab-2” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Cəlilabad Şərab-2” ASC-nin vergi borcu 553 434.63 manatdır.
Qeyd edək ki, bu şirkət 1999-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 352 786 manatdır və qanuni təmsilçisi Məmmədli Qocayevdir.