8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın sement zavodlarında istehsal azalır

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda  sementin istehsalı 8,7% azalıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin 4 ayında 911,4 min ton sement istehsal edilib, bu əvvəlki ilin müvafiq ayına nisbətən 8,7% azdır.

Onu da qeyd edək ki, tikinti əhənginin istehsalı 24,6%, asfaltın istehsalı 41,3%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 69,3% azalıb.

Son xəbərlər
Digər xəbərlər