Azərbaycanın sığorta bazarı 33% böyüyüb

2023-cü ilin yanvar-may ayında Azərbaycanda sığorta yığımlarının həcmi 566 milyon 434 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 174 milyon 436 min manat olub ki, bu da 35% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 426 milyon 638 min manat, sığorta ödənişlərinin həcmi isə 129 milyon 33 min manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər