2026-cı ilin yanvar-aprel ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 610 milyon 216 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 4% artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 32% çoxalaraq 304 milyon 353 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 588 milyon 466 min manat, sığorta ödənişlərinin həcmi isə 231 milyon 333 min manat olub.







