Azərbaycanın sığorta bazarında 27% artım

2023-cü ilin yanvar-noyabr ayında Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard milyon 108 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 497 milyon 466 min manat olub ki, bu da 24% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 875 milyon 132 min manat, sığorta ödənişlərinin həcmi isə 400 milyon 953 min manat olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər