6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın sığorta şİrkətlərİndən biri rebrendİnqə hazırlaşır

Dekabrın 22-də “Başak İnam Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq saat 11:00-da Şirkətin Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 79 ünvanındakı baş ofisində baş tutacaq.

Yığıncağın gündəliyinə “Başak İnam Sığorta”nın 2016-ci ilin ilk 9 ayı üzrə fəaliyyətinin yekunlarının müzakirə edilməsi, nizamnamə kapitalının artırılması, eləcə də Şirkətin adının dəyişdirilməsi kimi məsələlər daxildir.

Xatırladaq ki, “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan “Zaminbank” ASC-yə, 7,14%-i “Turanbank” ASC-yə, 5%-i “Azər-Türk Bank” ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı “Groupama Sıgorta” şirkətinə, 0,34%-i “Aqrarkredit” QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Müşahidə Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər