Sığorta və təkrarsığorta brokeri “Kaspian İnterneşnl Broukinq” MMC (Caspian International Broking) 2022-ci ili 1 milyon 776 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ildə MMC-nin mənfəəti 1 milyon 566 min manat olub ki, bu da illik müqayisədə 13.4% artım deməkdir.
Banker.az bu barədə şirkətin 2023-cü il üzrə balans hesabatına istinadən xəbər verir.
Ötən il şirkətin cəmi gəlirləri 2 milyon 656 min manat (əvvəlki ilə nisbətən 12.3% çox), cəmi xərcləri isə 426 min manat (əvvəlki ilə nisbətən 6% çox), mənfəət vergisi ödəmələri isə 454 min manat təşkil edib.
Hesabat dövründə “Kaspian İnterneşnl Broukinq” MMC-nin cəmi aktivləri 2 milyon 632 min manat, cəmi kapitalı 2 milyon 18 min manat, cəmi öhdəlikləri isə 614 min manat olub.
Caspian International Broking 1999-cu ildə yaradılmış və qeydiyyatdan keçmiş Sığorta və Təkrarsığorta Brokinqi Şirkətidir. Şirkət riskləri London və Avropa bazarlarındakı təkrarsığortaçılardan istifadə etməklə yerləşdirir.