Azərbaycan Respublikasının suveren xarici valyuta ehtiyatlarının həcmi 1 iyul 2024-cü il tarixinə 69 milyard 738.2 milyon ABŞ dollarına çatıb.
Banker.az xəbər verir ki, bu ilin əvvəlində 67 milyard 682.7 milyon dollar idi.
Beləliklə, ilin əvvəli ilə müqayisədə 2 mlrd. 55.5 mln. dollar və ya 3 faiz artmış olub.
Cari ilin ilk yarısının sonuna Dövlət Neft Fondunun ehtiyatları ilin əvvəli ilə müqayisədə 3.4% artaraq 58 milyard 0.6 milyon dollar, Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları isə 1.1% artaraq 11 mlrd. 737.6 mln. dollar təşkil edib.