14 C
Baku
Friday, November 22, 2024

Azərbaycanın strateji valyuta ehtiyatları $70 milyarda çatdı

Azərbaycan Respublikasının profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinə dair press-relizindəki şərhində bildirilir.

2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib.

İlin ilk 5 ayında ölkənin strateji valyuta ehtiyatları 1.8% (və ya 1.3 mlrd. ABŞ dolları) artaraq 69.7 mlrd. ABŞ dollarına çatıb.

Xatırlatma!

AMB-nin İdarə Heyətinin 21 iyun tarixli qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Son xəbərlər
Digər xəbərlər