6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın suveren fondunun neft-qazdan gəliri proqnozdan aşağı olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlayıb.

AÇG yatağından 2020-ci il ərzində  3 milyard 522.7 mln. ABŞ dolları (5 mlrd. 988.59 mln. manat), Şahdəniz yatağından (qaz və kondensat) 293.9 mln. ABŞ dolları (499.63 mln. manat) təşkil edib. Cəmi olaraq bu 6 milyard 488.22 min manat təşkil edir.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri ötən il 223.4 mln. ABŞ dolları olmuşdur.

Azərbaycan Dövlət Neft Fondunun 2021-ci il büdcəsində bildirilir ki, 2021-ci karbohidrogenlərin satışından əldə ediləcəyi xalis gəlirləri 6 mlrd 439 mln manat səviyyəsində gözlənilir. Bu da, 2020-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 4 mlrd 124 mln manat və ya 39.04 % az olması deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər