11 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanın təbii qazın 56.5%-ni xaricə satır – STATİSTİKA

2023-cü ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əmtəəlik təbii qaz istehsalının həcmi 18 milyard 177.8 milyon kub-metr təşkil edib. Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Təbii qaz üzrə ehtiyatların 29.9 faizi ölkə daxilində istehlak edilmiş, 56.5 faizi ixrac olunmuş, 1.5 faizi itkiyə gedib, 12.1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 59.6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40.4 faizi isə əhaliyə satılıb.

2023-cü ilin yanvar-iyun aylarında 11 milyard 800.0 milyon kub metr və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.0 faiz çox təbii qaz ixrac edilmişdir.

Əhali tərəfindən 2 milyard 527.7 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.1 faiz çox təbii qaz istehlak edilib, onun 38.6 faizi Bakı şəhərinin, 2.8 faizi Naxçıvan Muxtar Respublikasının, 11.3 faizi Abşeron-Xızı, 6.1 faizi Gəncə-Daşkəsən, 5.9 faizi Lənkəran-Astara, 5.8 faizi Qazax-Tovuz, 5.7 faizi Mərkəzi Aran, 5.0 faizi Quba-Xaçmaz, 4.9 faizi Şəki-Zaqatala, 4.5 faizi Qarabağ, 3.6 faizi Mil-Muğan, 3.4 faizi Şirvan-Salyan, 2.4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər