20 C
Baku
Tuesday, March 18, 2025

Azərbaycanın tədiyə balansında $438 mln. kəsir yaranıb

2024-cü ildə Azərbaycanın tədiyyə balansının kəsiri 438.1 milyon ABŞ dolları təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Halbuki, 2023-cü ildə tədiyyə balansında 5 milyard 356.4 milyon dollar profisit olmuşdu.

Məlumata görə, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 4 milyard 671.1 milyon dollarlıq profisit (əvvəlki illə müqayisədə 43.9 % az), kapital hesabındakı 1.4 milyon dollarlıq kəsir (6.9 dəfə az), maliyyə hesabındakı 5 milyard 001.1 milyon dollarlıq kəsir (əvvəlki il 16.7 % çox), balanslaşdırıcı maddələr üzrə 106.7 milyon dollarlıq kəsir (əvvəlki il profisit olub) hesabına formalaşıb.

32423

Son xəbərlər
Digər xəbərlər