13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanın tədiyə balansında $6.4 milyardlıq qalıq yarandı – Bu illik müqayisədə azalmadır

2023-cü ilin ilk 9 ayında Azərbaycan Respublikasının tədiyə balansında 6 milyard 402 milyon ABŞ dolları həcmində profisit (qalıq) yaranıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının Tədiyə Balansı ilə bağlı statistik bülleteninə istinad edir.

2022-ci ilin analoji dövründə 7 milyard 606.4 milyon dollar idi. Beləliklə, illik müqayisədə 1 mlrd. 204.4 milyon dollar və ya 16 faiz azalmadır.

AMB bildirir ki, 2023-cü ilin 9 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib.

Cari əməliyyatlar balansında 6.7 mlrd.$, kapital və maliyyənin hərəkəti hesabında isə 0.4 mlrd. dollar profisit yaranmış, ehtiyat aktivləri 6.4 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 83 $/barel olub, qeyri-neft-qaz ixracı isə 17% artaraq 2.4 mlrd. dollar səviyyəsində formalaşıb.

Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir.

92932

Son xəbərlər
 ⁠
Digər xəbərlər