7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın təşəbbüsü ilə “Made in Turan” brendi yaradılıb

Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb.

Bu barədə “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq.

“Made in Turan” dedikdə TDT-yə üzv ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür. Bu marka üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcək.

“Made in Turan”ın tətbiq olunması həmçinin Türk dünyası markalarının yeni dövrə keçid etməsidir. Bu markalaşma siyasəti nəticəsində türk dövlətləri markaları qlobal marka olma yolunda əmin addımlarla irəliləyəcək, əldə olunacaq xüsusi güzəştlər sayəsində türk dövlətləri arasında olan ticarət dövriyyəsi artacaq.

Marka Türk dünyasının qlobal miqyasda mühüm iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcək”, – deyə Assosiasiyanın İdarə Heyətinin sədri Camid Mövsümov qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər