8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın təyyarə yanacağının ixracından gəlirləri 19% artıb

Azərbaycan istehsalı olan reaktiv mühərriklər üzün nəzərdə tutulan kerosin yanacağı ixracı 2024-cü ilin ilk 6 ayında  64.52  min ton olub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun da dəyəri 67.68 mln. dollar olub.

Azərbaycanın ixracı illik müqayisədə miqdarla götürsək 9%, dəyərlə isə 19% artıb.

İxrac olunmuş təyyarə yanacağının bir tonu öncəki ildəkindən 9% baha olub. Belə ki, bir tonu keçən il 962 dollara olduğu halda, cari ildə bu rəqəm 1 049 dollar olub. Bir tonun 87 dollar baha olması ölkəyə əlavə 5.6 mln. dollar valyuta  daxil olub.

Ölkənin ən iri alıcısı Lüksenburq olaraq qalır. Belə ki, ümumi ixracın yarısından çoxu (34 min ton) təkcə Avropanın bu mikro ölkəsinə ixrac edilib.

321312321

Son xəbərlər
Digər xəbərlər