2022-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gəmiqaya Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti və digər taxıl qəbulu müəssisələri tərəfindən tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsulları aşağıda qeyd edilmiş qiymətlərlə satın alınacaqdır:
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Buğda – 50 qəpik
Arpa – 40 qəpik
Qarğıdalı (dən üçün) – 35 qəpik
Qarğıdalı (yağ üçün) – 42 qəpik
Bildirilir ki, bu məhsulların satın alınması aşağıda göstərilən tarixlərdən başlanılacaqdır:
Arpa – 10 iyun 2022-ci il tarixdən
Buğda – 10 iyul 2022-ci il tarixdən
Qarğıdalı – 20 sentyabr 2022-ci il tarixdən
Əkinçilərin nəzərinə çatdırılır ki, təqdim olunan məhsulun ödənişi yerində həyata keçiriləcəkdir.