2022-ci ildə Azərbaycanın mal ixracının həcminin 15,931 mlrd. ABŞ dolları, idxalının isə 11,733 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılır. Nəticədə, ümumi xarici ticarət dövriyyəsinin həcmi 27,664 mlrd. dollar olacaq.
Bu Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub. Beləliklə, müsbət ticarət saldosu 4,1978 mlrd. dollara bərabər olacağı güman edilir. Uzunmüddətli perspektivdə ölkənin xaric ticarət dövriyyəsinin 2026-cı ilədək 30 mlrd. dolları keçməsi istisna edilmir.Xatırladaq ki, 2020-ci ilin yekunlarına görə, Azərbaycanın ticarət dövriyyəsinin ümumi həcmi 24,471 mlrd. dollar, müsbət saldonun həcmi isə 3,009 mlrd. dollar təşkil edib. Son məlumatlara görə isə bu ilin yanvar-sentyabr aylarında ölkənin ticarət dövriyyəsinin həcmi 22,974 mlrd. dollar, müsbət ticarət balansı isə 6,285 mlrd. dollara bərabər