Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 3 milyard 910 milyon 473 min ABŞ dolları təşkil edib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.9% azdır.
Hesabat dövründə Türkiyədən Azərbaycana idxalın həcmi isə 1 milyard 403 milyon 513 min dollara bərabər olub ki, bu göstərici ötən eyni dövrü ilə müqayisədə 5.3% azalıb. İxracın həcmi 2 milyard 506 milyon 959 min dollar təşkil edib ki, bu da keçən ilin ilk 11 ayı ilə müqayisədə 1.5% azdır.
Nəticədə, 1 milyard 103 milyon 446 dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3.9% çoxdur.