Azərbaycan Kahramanmaraşda şəhərcik inşa edəcək.
Banker.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST”də çıxışı zamanı bildirib. Şəhərcikdə məktəb, məscid və digər tikililər də inşa ediləcək.
O qeyd edib ki, artıq layihənin təməli atılıb və 1 il ərzində həmin evlər zəlzələ zamanı evlərini itirmiş şəxslərə təhvil veriləcək.