Azərbaycan 2023-cü ilin ilk 6 ayında Türkiyəyə 31 min tona yaxın Aİ-92 benzini satıb.
Banker.az xəbər verir ki, Azərbaycan bunu ilin ilk 5 ayında gerçəkləşdirib və iyunda satışlar dayanıb.
Beləliklə, ilin ilk yarısında ölkəyə benzin satışından 21.5 milyon ABŞ dolları valyuta daxil olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.
Ölkədə benzinin yeganə istehsalçısı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodudur. Zavod ötən il müvəqqəti təmirə bağlandıqdan sonra, həmin ilin ikinci yarısından istehsalı tam gücü ilə dava etdirir. 2023-cü ilin birinci yarısında Aİ-92 benzinin istehsal həcmi 700.6 min ton təşkil edib.
Azərbaycan 2023-cü ilin ilk iki rübündə Türkiyəyə bir tonu ortalama 698.2 dollara və ya 1 187 manata başa gəlib. 2023-cü ilin ilk rübündə isə ortalama qiymətlər ton üçün $695.4-ə və ya rəsmi məzənnə ilə 1 182.1 manat idi.
Bu markada benzinin qiyməti ölkədə satışı dövlət, yəni Tarif Şurası tərəfindən tənzimlənir. Tarif Şurasının 4 yanvar 2021-ci il tarixli qərarına əsasən, Azərbaycanda Aİ-92 avtomobil benzininin topdan satış tarifi hər ton üçün 1 183.8 manat, pərakəndə satışı üçün isə 1 310 manat müəyyən edilib.
Pərakəndə hər litrin qiyməti 1 manat təşkil edir. Benzinin hər tonu şirkət daxili 695.75 manat, üstünə 42% aksiz vergi cəlbi – 292.22 və əlavə olaraq 18% əlavə dəyər vergisi hesablanır.