Azərbaycan Türkmənistan Respublikasından 2024-cü ilin mayında da neft alışını davam etdirsə də, keçənilki göstəricidən xeyli aşağıdır.
Banker.az xəbər verir ki, Mərkəzi Asiya ölkəsindən 2024-cü ilin ilk beş ayı ərzində 91.55 min tonluq xam neft idxal edib.
Bu da 2023-cü ilin analoji dövründən qeydə alınmış 388.15 min tondan cari ildəki rəqəm 76 faiz azdır.
İdxal edilmiş xam neftin dəyəri 54.32 mln. dollar təşkil edib. 2023-cü ilin ilk 5 ayında 229.58 mln. dollar idi.
Keçən il bir tonu Türkmənistandan orta hesabla bir tonu 591.48 dollar və ya cari ildə bir ton 593.37 dollar təşkil edib. Bu da illik cəmi 1.89 dollar baha olmasıdır.